• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Ucarda “Mercedes” su kanalına aşdı, sürücü öldü

  • 3298 dəfə
  • Tarix 18 Fevral 2018 / 22:51
  • Lent.az

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Yeniyol kəndində “Mercedes” markalı minik avtomobili su kanalına aşıb.

 

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sürücü, 1990-ci il təvəllüdlü Hümmətzadə Oruc Möhbala oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.