• EUR 1.981  
  • USD 1.7  
  • RUB 0.0269

DÜNYA

İŞİD Dağıstandakı hücumu üzərinə götürdü

  • 1717 dəfə
  • Tarix 19 Fevral 2018 / 00:30
  • Lent.az

İŞİD terror qruplaşması Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib. Bununla belə faktı təsdiqləyən heç bir dəlil təqdim etməyib.

 

Fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.