• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Aygün Bəylər məhkəməyə gəlmədi

  • 1827 dəfə
  • Tarix 19 Fevral 2018 / 15:16
  • Səlcuq Elçin

Əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.

 

Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində  hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylərin məhkəməyə gəlmədiyi elan olunub.

 

Hakim bildirib ki, A.Bəylərin özünün də məhkəmədə iştirak etməsi lazımdır: "Məhkəmə onun ünvanına bildiriş göndərib. Amma Aygün xanım deyəsən həmin ünvanda yaşamır. Məhkəmə onun ünvanına yenidən bildiriş göndərəcək".

 

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib.

 

R.Ayxan iddia ərizəsində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

 

A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.