• EUR  
  • USD  
  • RUB

İDMAN

Ronaldo ingilis ulduzun alınmasını tələb edir

  • 3595 dəfə
  • Tarix 19 Fevral 2018 / 17:09
  • Lent.az
 
“Real”ın futbolçusu Kriştianu Ronaldo klub rəhbərliyi ilə görüşüb. Apasport.az saytı “Don Balon” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı oyunçu Madrid təmsilçisinin hücum xəttinin gücləndirilməsini istəyib.
 
Ronaldo “Tottenhem”in forvardı Harri Keynin alınmasının tərəfdarıdı. Onun fikrincə, mövsümü əla keçirən ingilis futbolçunun transferi “Real”ı xeyli gücləndirər. Rəhbərlik də Keynin xidmətində maraqlıdı.
 
“Kral klubu” 24 yaşlı hücumçuya görə 200 milyon avro xərcləməyə hazırdı. Amma bu keçidi həyata keçirmək üçün “Real” rəqabətdən qalib ayrılmalıdı. Belə ki, “Yuventus” da Keynlə danışıq aparır. Turinlilərin İngiltərə yığmasının üzvünə görə 250 milyon avrodan keçməyə razı olduqları bildirilir.
 
Qeyd edək ki, Harri Keyn cari mövsümdə ümumilikdə 35 oyunda 34 qola imza atıb.