• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Ucarda üç maşın toqquşdu - iki piyada yaralandı

  • 1576 dəfə
  • Tarix 19 Fevral 2018 / 20:08
  • Lent.az

Ucarda 3 maşının iştirakı ilə baş verən qəzada 2 piyada xəsarət alıb. 

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

 

"61 BD 531" dövlət nömrə nişanlı "Nissan", "61 BF 947" dövlət nömrə nişanlı "Mercedes" və "61 BC 068" dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşınlarının toqquşub. Toqquşmadan sonra minik maşınları yol kənarında dayanan  Ucar rayon sakinləri - 1980-cı il təvəllüdlü Seymur Səhrab oğlu Rəhimov və 1972-ci il təvəllüdlü Rüstəm Güləhməd oğlu Mirzəliyevi vurub.

 

Müxtəlif xəsarətlər alan piyadalar təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.