• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

İDMAN

"Arsenal"a 200 milyon funt sterlinq qazandıran müqavilə

  • 1658 dəfə
  • Tarix 19 Fevral 2018 / 22:35
  • Lent.az

"Arsenal" forma sponsoru olan Birləşmiş Ərəb Əmirliyinin hava yolu şirkəti "Emirates"lə yeni müqavilə imzalayıb.

 

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yeni müqaviləyə əsasən, şirkətlə 2023/2024 mövsümünün sonuna kimi əməkdaşlığa davam ediləcək.

 

Britaniya mətbuatı "Emirates"in forma sponsorluğu üçün "Arsenal"a ümumilikdə 200 milyon funt sterlinq ödəyəcəyini yazıb.

 

Qeyd edək ki, "Emirates" 2006-cı ildən "Arsenal"ın forma sponsorudur.