• EUR 1.981  
  • USD 1.7  
  • RUB 0.0269

DÜNYA

Tehranda nümayişçilər avtobusu polisin üzərinə sürdü - 3 ölü

  • 2122 dəfə
  • Tarix 19 Fevral 2018 / 23:52
  • Lent.az

Tehranın şimalında baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran polisinin sözçüsü Səid Müntəzirulməhdi bildirib.

 

Onun sözlərinə görə, Tehranın Pasdaran xiyabanında ictimai asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində 3 asayiş keşikçisi ölüb.

 

"Təxirə salınmaz tədbirlər nəticəsində polis əməkdaşlarını öldürən şəxslər həbs olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır", deyə Səid Müntəzirulməhdi bildirib. O qeyd edib ki, hazırda Pasdaran xiyabanında durum stabilləşib, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti  altındadır.