• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bakıda restoranda musiqiçilər dalaşdı

  • 1675 dəfə
  • Tarix 20 Fevral 2018 / 02:15
  • Lent.az

Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında musiqiçilər arasında dava düşüb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, 1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

 

Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.