• EUR  
  • USD  
  • RUB

DÜNYA

Dağıstanda yaşayış evində qaz partladı, yaralılar var

  • 1287 dəfə
  • Tarix 20 Fevral 2018 / 04:16
  • Lent.az

Dağıstanın Xasavyurt rayonunda fərdi yaşayış evində partlayış baş verib.

 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, evdə məişət qazı partlayıb.

 

Hadisə zamanı xəsarət alanlar Xasavyurt şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Onların sayı və vəziyyətləri barədə hələ ki, məlumat verilmir. Partlayış nəticəsində evin tamamilə dağıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.