• EUR  
  • USD  
  • RUB

DÜNYA

Mağaradan 10 min yaşlı insanın qalıqları tapıldı

  • 1366 dəfə
  • Tarix 20 Fevral 2018 / 07:14
  • Lent.az

Meksikanın Yukatan yarımadasının böyük sualtı mağara sistemində dalğıclar tərəfindən təqribən 10 min əvvəl yaşamış insanın qalıqları tapılıb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, bu barədə tədqiqat layihəsinin rəhbəri Gilyermo de Andaya istinadən "El Universal" qəzeti yazıb.

 

Ekspert hesab edir ki, qədim insanın ölümünə hansısa fəlakət səbəb olub. Skeletin məhz kimə məxsus olduğu hələ məlum deyil, ona görə layihəyə antropoloq da qoşulub.

 

Mağaranın tədqiqatı zamanı qurbangah və mayalıların ticarət allahı Ek-Çuaxuya həsr olunmuş dini mərasim alətləri də tapılıb. Tarixçilərin fikrincə, maya tacirləri bu yerdən ziyarət üçün istifadə ediblər.