• EUR  
  • USD  
  • RUB

SOSİAL

Rezidenturaya 511 nəfər sənəd verib

  • 745 dəfə
  • Tarix 20 Fevral 2018 / 09:54
  • Lent.az

 

Rezidenturaya sənəd qəbulu davam edir. 
 
 
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün saat 10:00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 438, rus bölməsi üzrə 73, ümumilikdə 511 nəfər elektron ərizəsini təsdiq edib.
 
 
Qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2018-ci il fevralın 22-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra  ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. 
 
 
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 22 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir .