• EUR  
  • USD  
  • RUB

MAQAZİN

İlhamə öləndən sonra özünə “üçtaclı primadonna” adını qoydu

  • 5874 dəfə
  • Tarix 20 Fevral 2018 / 11:02
  • Yalçın UĞUR

Şou-biznesin qalmaqallı tac mövzusuna müğənni Elnarə Xəlilova da qoşulub. Lent.az-ın məlumatına görə, ifaçı “ATV Maqazin onlarla” verilişinə başına tac taxaraq çıxıb. O bildirib ki, şou aləminin yeni “üçtaclı primadonna”sıdır:



“Üç taclı primadonna... Bundan sonra məni belə təqdim edin. Daha tacsız heç yana çıxmayacağam. Kimin kor qızından əskiyəm ki…Mən bu tac məsələsini yüngülləşdirmək üçün bunu edirəm. Çünki bu xəmir hələ çox su apara bilər. Mənim də tac taxmağım, özümə əda, işvə-naz etməyim çox su apara bilər. Əslində Nazpəri xanımın təklənməməyini istəyirəm, ona dəstək oluram. İnanıram ki, məndən sonra da bu tacı taxanlar çox olacaq. İstəyirəm tac məsələsinə burdaca son qoyulsun. Yeganə ifaçıyam ki, İlhamə xanımın sağlığında bu tacı taxmışam. İlhamə xanım bir kəlmə də mənə söz deməyib ki, bunu niyə taxırsan? Mənim üçün sadəcə sırğa, qolbaq kimi bir aksesuardır”. 

Qeyd edək ki, Tolikin xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması şou-biznesdə bir çox müğənniləri özündən çıxarmışdı. Hətta buna görə müğənni Nadir Qafarzadə prodüser Toliklə qalmaqal yaşamışdı.