• EUR 1.981  
  • USD 1.7  
  • RUB 0.0269

HADİSƏ

Abşeronda çörəkbişirmə sexi partlayıb: yaralılar var

  • 1001 dəfə
  • Tarix 20 Fevral 2018 / 11:40
  • Lent.az

Fevralın 19-da saat 9 radələrində Abşeron rayonunda partlayış olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kvadrat metr olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılıb, eləcə də 50 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyən qəsəbə sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

 

Araşdırma aparılır.