• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Tolik Elnarənin ərinə zəng elədi: "Çomağı al əlinə, gör neyniyir"

  • 5450 dəfə
  • Tarix 20 Fevral 2018 / 11:52
  • Yalçın UĞUR

Bir müddət öncə tac üstündə qalmaqal yaşayan prodüser Toliklə müğənni Elnarə Xəlilova barışıb. Lent.az-ın məlumatına görə, ifaçı bu gün prodüserin aparıcılıq etdiyi “Hər şey daxil” verilişində qonaq olub. Elnarə bildirib ki, Toliklə onu həyat yoldaşı Rövşən barışdırıb: “İstəyirəm ki, bu gün bu mövzuya bir nöqtə qoyulsun. Bu gündən sonra bu mövzu barədə yazmasınlar. Mən sırağagün Tolikə zəng etdim. Dedim ki, biz sənlə düşmən deyilik. Sənlə çörək kəsmişik. Heç bir zaman bir-birimizə pisliyimiz dəyməyib. Dedim, sən birdəfəlik bil ki, mənim sənlə dava etmək fikrim yoxdur. Bir dəmir parçasına görə dava edəsi deyiləm. Dünya malıdır, dünyada qalacaq. O da cavabında mənə dedi ki, dava etmək fikri olsaydı, davanı davam etdirərdi. Bu davada nə xoşuma gəldi? Tolik mənlə danışmamışdan bir gün qabaq həyat yoldaşıma zəng etdi, onlar danışanda mən yan otaqda adımı eşitdim. Toliklə danışandan sonra həyat yoldaşım məni danladı. Dedi ki, sən nahaq belə eləmisən. Mən də dedim ki, nahaq yerə belə eləməmişəm ki?  Mən də əsəbiləşdim, Tolikə deməməli sözləri dedim. Özünə də dedim ki, mən bu həyatda Allahdan başqa heç kimdən qorxmuram. Bir də kiminsə haqqına girməkdən qorxuram. Ona görə də, gəl, olanları unudaq”.

 

Prodüser Tolik də müğənnin sözlərinə bu cür münasibət bildirib: “Aramızda problem oldu, amma ona cavab vermədim. Yoxsa mənim dilimi bilirsiz də...  Cavab verməyi ona rəva bilmədim, düşündüm ki, o sözləri ona pislik üçün deməmişəm.  Mən ona dedim ki, sənin sənətin var. Tacla gündəmə gəlmə. Səhv demişəm? Sənin sənətin var axı. Səni o birilərindən seçirəm. Sənin keçmişində Vaqif Gərayzadənin imzası var. Deməli, sənin nəyinsə var. Daha sonra dediyim sözə peşman oldum. Dedim ki, nəyimə lazımdır? İstəyir, başına tac yox, vaz qoysun. Sənin yoldaşını illərdir ki, tanıyıram. Ona görə də evin kişisinə zəng vurdum, dedim ki, çomağı al əlinə, gör o neyniyir”. 

 

Toliklə Elnarə Xəlilova barışdı