• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Məhkəmə şəhid qızını öldürən 17 yaşlı biznesmen oğluna "yox" dedi

  • 2155 dəfə
  • Tarix 20 Fevral 2018 / 15:28
  • Səlcuq Elçin
 
 
Şəhid qızını maşınla vurub öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə davam edib. 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ötən iclasda müdafiə tərəfi tərəfindən ekspertiza keçirilməsi ilə bağlı verilən vəsatət müzakirə edilib. 
 
Vəsatətdə müdafiə tərəfi qəza zamanı hava şəraitini nərəzə alaraq, R. Rəhimovun hadisənin qarşısının almaq imkanın olub-olmadığının təkrar yoxlanılması ilə bağlı ekspetiza təyin olunması istəyiblər.
 
Prokuror vəsatətin təmin edilməməsini istəyib: "İstintaq dövründə bu, yoxlanılıb".
 
 
Vəsatət təmin edilməyib. 
 
Prosesdə sənədlərin tədqiqi mərhələsinə keçirilib. Məhkəmə istintaqının başa çatması ilə bağlı tərəflərlə müzakirə edilib. Bu zaman hakimlərdən Ramella Allahverdiyeva işdə olan başqa sənədlərlə tanış olmaq istədiyini deyib və istintaq  başa çatmayıb.
 
Proses fevralın 27-də davam edəcək. 
 
 
İttihama görə R.Rəhimov ölümlə nəticələnən qəza törədib, hadisə yerindən qaçmaqda təqsirləndirilir.
 
R.Rəhimov Bakı Dövlət Universitetinin  tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib.
 
R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.
 
Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu deyilir.
 
Qeyd edək ki,  17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
 
Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.