• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Tanınmış rejissorda ağır xəstəlik tapıldı - Təcili əməliyyat

  • 3933 dəfə
  • Tarix 20 Fevral 2018 / 17:39
  • Lent.az

Tanınmış rejissor Şahin Qəhrəman təcili əməliyyat olunacaq.

 

Lent.az-ın BakuPost-a  istinadən məlumatına görə,  təsadüfi müayinə zamanı ona xərçəng xəstəliyi diaqnozu qoyulub və təcili əməliyyata yazılıb.

 

Əməliyyat  fevralın 22-də tarixində özəl klinikalardan birində baş tutacaq.

 

Rejissor xəbəri açıqlamasında qismən təsdiqləyib: "Sidik kisəmdə şiş aşkar olundu. Bir neçə həkim dedi ki, bu, xərçəngdir. Amma sonra tanıdığım, güvəndiyim bir tanınmış həkimə getdim. O bildirdi ki, həmin şişin "xərçəng” olması ehtimalı azdır. Amma əməliyyat mütləq olmalıdır və həmin törəmənin nə olduğu əməliyyatdan sonra dəqiq bilinəcək. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

 

Məlumat üçün bildirək ki, 1979-cu il təvəllüdlü Şahin Qəhrəman "Dəfnə ağacı”, "Günəşim ol”, "Səni ürəyim sevdi”, hazırda ATV-də yayınlanan "Laləli saray” seriallarının və "Ögey ata” kinokomediyasının rejissorudur.