• EUR  
  • USD  
  • RUB

HADİSƏ

FHN Penitensiar Xidmətdəki yanğınla bağlı məlumat yaydı

  • 4323 dəfə
  • Tarix 20 Fevral 2018 / 18:57
  • APA

Fövqəladə Hallar Nazirliyi Penitensiar Xidmətdə baş verən yanğınla bağlı məlumat yayıb.

 

Lent.az nazirliyin saytına istindən xəbər verir ki, yanğın zamanı xidmətə aid inzibati binanın köməkçi otağında 1 ədəd stol və kağız qalıqları yanıb.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 
**
18:35
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin inzibati binasının ərazisində baş verən yanğın söndürülüb.
 
 
 
APA-nın müxbiri hadisə yerindən xəbər verir ki, Xidmətin ərazisində yerləşən yardımçı tikilidə baş verən qısaqapanma nəticəsində 10 kv.m sahədə stul və kağızlar yanıb.
 
 
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
 
 
Hadisə nəticəsində təxliyə edilən və xəsarət alanların olmadığı bildirilir.
 
 
 
Qeyd edək ki, yanğın baş verən əraziyə iki təcili tibbi yardım briqadası da cəlb olunub.
 
 
17:55
 
 
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.
 
 
 
APA-nın xəbərinə görə, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.
 
 
 
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.