• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Azərbaycanlı jurnalistin Moskvadakı evi əlindən alınır

  • 2942 dəfə
  • Tarix 20 Fevral 2018 / 22:06
  • Lent.az

Moskvada yaşayan və Azərbaycanla yanaşı qardaş Türkiyənin də maraqlarını Rusiya kanallarında müdafiə edən jurnalist soydaşımız Fuad Abbasov ermənilərin ciddi təzyiqlərinə məruz qalmaqdadır.

 

Enter.News-a verilən məlumata görə, hal-hazırda isə Fuad Abbasov yaşadığı mənzilini itirmək təhlükəsi ilə üz-üzə qalıb. İşsiz qalan jurnalist götürdüyü ipoteka kreditini ödəyə bilmədiyi üçün Moskva məhkəməsi onun mənzilini boşaltması barədə qərar çıxarıb.

 

Fuad Abbasovun anti-erməni çıxışlarının belə bir məqamda onun əleyhinə işlədiyi açıq-aşkar müşahidə edilir.

 

Qeyd edek ki Fuad Abbasov ailəlidir və iki azyaşlı övladı var. Hazırda isə Fuad Abbasova dəstək verən Rusiyanın tanınmış vəkillərindən olan Elman Paşayev problemin aradan qaldırılması üçün məsələyə müdaxilə etməyə çalışır.

 

Xatırladaq ki, erməni yalanlarını sistemli şəkildə ifşa edən rusiyalı tarixçi Oleq Kuznetsovun da ermənilər tərəfindən qaldırılmış məhkəmə iddialarından qurtulmasında vəkil Elman Paşayev böyük səy göstərmiş və problemi aradan qaldırmışdı.