• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Azərbaycanlı müğənnilər Tehranda konsert verəcək

  • 1824 dəfə
  • Tarix 21 Fevral 2018 / 05:39
  • Lent.az

İranın tanınmış müğənnisi azərbaycanlı həmkarları ilə Tehranda konsert verəcək

 

“Yaxın gələcəkdə Tehranda üç azərbaycanlı müğənni ilə birlikdə özəl konsert verəcəyəm”. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu  İranın tanınmış müğənnisi Haşim İslamian deyib. . 

 

“Reyhan” musiqi qrupunun solisti  Haşim İslamian deyib ki, konsert Tehranın “Vəhdət”  sarayında baş tutacaq: “Konsertdə mən Azərbaycanın tanınmış müğənnisi Baloğlan Əşrəfov, Elçin Hüseynov və Namiq Qaraçuxurlu ilə birlikdə musiqisevrərlərlə görüşəcəyik”.

 

Ayhan adı ilə məşhur olan İranlı müğənni Haşim İslamian hazırda yeni albomu ilə əlaqədar Azərbaycanda səfərdə olduğunu vurğulayıb. “Qrup yoldaşlarımla birlikdə bu ölkədə yeni konsert üçün hazırlaşırıq”, - deyə o bildirib.

 

Ayhan  yeni albomunun bahar fəslində işıq üzü görəcəyini açıqlayıb.