• EUR  
  • USD  
  • RUB

İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşdı

  • 1079 dəfə
  • Tarix 09 Mart 2018 / 10:22
  • Lent.az
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
 
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,17 dollar ucuzlaşaraq 65,28 dollar olub.
 
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar bahalaşaraq 63,81 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar artaraq 60,28 dollar təşkil edib.