• EUR  
  • USD  
  • RUB

İQTİSADİYYAT

Bu il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 21% artıb

  • 1900 dəfə
  • Tarix 09 Mart 2018 / 12:47
  • APA

Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 445 mln. 751,90 min manat daxil olub.

 

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 76 mln. 850,40 min manat və ya 20,83% artıb.

 

Ötən iki ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 118 mln. 453,70 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 308 mln. 710 min manat, aksizlər üzrə 13 mln. 170,90 min manat, yol vergisi üzrə isə 5 mln. 417,30 manat təşkil edib.