• EUR  
  • USD  
  • RUB

İDMAN

Millimizin sabiq üzvü klubundan ayrıldı

  • 1368 dəfə
  • Tarix 12 Mart 2018 / 19:49
  • ApaSport
Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk klubu "Manisaspor"la yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı PTT I liqa təmsilçisinin prezidenti Gökay Budak verib.
 
 
 
O, yerli mətbuata açıqlamasında bildirib ki, iki futbolçu ilə müqaviləyə xitam verilib. Prezident buna səbəb kimi gənclərə üstünlük vermək istəyini göstərib: "Həm Uğur Pamuk, həm də Timur Karagülməzlə görüşərək, komandanın mövsümün sonuna qədər gənclərin xidmətindən yararlanacağını bildirdik. Onlarla mövsümün sonuna qədər olan müqaviləmizə qarşılıqlı razılıqla xitam verdik. Aramızda heç bir problem yaşanmadan, mehriban şəkildə ayrıldıq".
 
 
 
Uğur isə rəhbərliyin bu qərarına hörmətlə yanaşdıqlarını söyləyib.