• EUR  
  • USD  
  • RUB

DÜNYA

Nepalda təyyarə qəzasının səbəbi bilindi

  • 1423 dəfə
  • Tarix 12 Mart 2018 / 20:17
  • Lent.az

Nepalın paytaxtı Katmanduda təyyarə qəzasının baş verməsinə ekipajın səhvi səbəb olub.

 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Katmandu hava limanının rəhbəri Rackumar Çxetri bildirib.

 

“Şimal istiqamətindən eniş etmək əvəzinə, təyyarə şimal-şərqdən enməyə başlayıb. Laynerin vəziyyəti eniş üçün münasib deyildi”, deyə R.Çxetri vurğulayıb.

 

Qeyd edək ki, bu gün Katmanduda hava limanı yaxınlığında Banqladeşin “US-Banga” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Son məlumata əsasən, hadisə nəticəsində 49 nəfər ölüb.