• EUR  
  • USD  
  • RUB

DÜNYA

NASA-nın rəhbəri istefaya gedir

  • 1006 dəfə
  • Tarix 13 Mart 2018 / 02:19
  • Lent.az

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəhbəri vəzifəsini icra edən Robert Laytfut aprelin 30-da istefaya gedəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, R.Laytfut istefasının səbəbini açıqlamayıb.

 

2012-ci ildən Agentlik rəhbərinin köməkçisi olan R.Laytfut ötən ilin yanvarından NASA rəhbərinin səlahiyyətlərini icra edir.

 

2017-ci ilin sentyabrında prezident Tramp NASA rəhbəri vəzifəsinə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü, sabiq hərbi pilot Cim Braydenstaynın namizədlini sürsə də,  Senat indiyədək onun namizədliyini təsdiqləməyib.