• EUR  
  • USD  
  • RUB

DÜNYA

Çində “horizontal göydələn” tikilir

  • 1595 dəfə
  • Tarix 13 Mart 2018 / 02:25
  • Lent.az

Çin arxitektorlarının “Conservatory” adlanan “horizontal göydələn” layihəsi sözün əsl mənasında dünya möcüzəsi sayıla bilər.

 

Lent.az-ın “azərtac”a istinadən xəbərinə görə, layihəyə əsasən 4 göydələnin damında daha birisi- “horizontal göydələn” inşa ediləcək. Çəkisi 12000 ton olacaq və 250 metr hündürlükdə yerləşəcək unikal konstruksiyada çoxsaylı apartamentlər, ofis, ticarət mərkəzi və otellər, həmçinin istirahət üçün zonalar nəzərdə tutulub.

 

“Horizontal göydələn”in tikintisində alüminium panel və şüşələrdən istifadə ediləcək. Hazırda tikintisi aparılan göydələnin 2018-ci ildə yekunlaşdırılması planlaşdırılır.