• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Azərbaycanda daha bir mikroavtobus qəzası: 15 yaralı- FOTOLAR - YENİLƏNİB

  • 10324 dəfə
  • Tarix 13 Mart 2018 / 10:14
  • APA

 

Şirvan şəhərində baş verən qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, onlar Şirvan sakinləri - 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı, Məmmədova Mətanət Həsənağa qızı, 1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı və daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfər reanimasiya şöbəsinə, digər 6 nəfər travmatologiya şöbəsinə yerləşdirilib. 
 
Digər sərnişinlər tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə göndərilib.

 

 

Bildirilir ki, hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib.

 

***

 

 

09:04

 

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.

 

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Qeyd edək ki, martın 11-də Yevlax rayonu ərazisində orta məktəb şagirdlərini daşıyan mikroavtobus da qəzaya uğramışdı. Nəticədə 15 şagird və 2 müəllim yaralanmışdı.