• EUR  
  • USD  
  • RUB

HADİSƏ

İrimiqyaslı təlimlərdə tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər - VİDEO

  • 1553 dəfə
  • Tarix 13 Mart 2018 / 11:44
  • Lent.az

Müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir.


 

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, təlimin niyyətinə uyğun olaraq müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

 

***

 

10:04

 

Azərbaycan Ordusunun keçirdiyi irimiqyaslı təlimlərdə qoşunlar döyüş təyinatı rayonlarına çıxarılma üzrə gecə vaxtı tapşırıqları yerinə yetirib.
 

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində kombinə üsulu ilə yürüş icra ediblər.