• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Dostunun üstünə benzin töküb yandırdı - AĞIR CƏZA

  • 1250 dəfə
  • Tarix 13 Mart 2018 / 11:37
  • Səlcuq Elçin
 
Tanışının üstünə benzin tökərək yandırmaqda təqsirli bilinən Səbuhi Ağayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Səbuhi Ağayev 14 il müddətinə azadlıqdam məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. Səbuhi Ağayev münaqişə zəminində tanışı Anar Muradovun üzərinə beniz tökərək onu yandırıb.
 
 
Hadisə zamanı Səbuhi Ağayev sərxoş olub. Yaralı dərhal xəstəxaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
İttiham tərəfinin qənaətinə görə, Səbuhi Ağayev Anar Muradovu öldürmək niyyəti ilə yandırıb.
 
Buna görə də S. Ağayevə Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.