• EUR  
  • USD  
  • RUB

İDMAN

İbrahimoviçin yeni klubu bəlli oldu

  • 2611 dəfə
  • Tarix 13 Mart 2018 / 13:58
  • Lent.az

 

İngiltərənin “Mançester Yunayted” klubunda forma geyinən isveçli futbolçu Zlatan İbrahimoviçin gələcək taleyinə aydınlıq gəlib.

 

Lent.az-ın sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, son vaxtlar çox az forma geyinmək şansı qazanan isveçli ulduz klubunu dəyişmək qərarına gəlib. O, Amerikada “Los Anceles Galaxy” klubu ilə anlaşıb. 36 yaşlı İbrahimoviç artıq yeni klubunun müqaviləsinə də imza çəkib. Transfer barədə digər məlumatlar isə bir müddət sonra mətbuata açıqlanacaq.