• EUR  
  • USD  
  • RUB

DÜNYA

Türkiyə ordusu Afrinə girdi - İLK GÖRÜNTÜLƏR

  • 6192 dəfə
  • Tarix 13 Mart 2018 / 13:19
  • APA TV
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) birləşmələri Afrin şəhər mərkəzinə daxil olub. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi məlumat yayıb.
 
 
 
Məlumatda bildirilir ki, "Zeytun budağı" əməliyyatında iştirak edən qüvvələr bu gün səhər saatlarından etibarən Afrinin mərkəzinə zərbələr endirməyə başlayıb.
 
 
 
Qeyd edək ki, bu gün əməliyyatın 53-cü günüdür. Türkiyə ordusu iki aydan az bir müddətdə son dərəcə strateji əhəmiyyətə malik olan Afrin vilayətinin böyük hissəsini PYD/YPG terrorçularından təmizləməyə müvəffəq olub. "Zeytun budağı" çərçivəsində 3393 terrorçu məhv edilib. Əməliyyatlar zamanı Türkiyə ordusu 41 şəhid verib.