• EUR  
  • USD  
  • RUB

İDMAN

"Qəbələ" 2 qola 1 xal qazandı

  • 1602 dəfə
  • Tarix 13 Mart 2018 / 19:39
  • Lent.az

 

Bu gün Topaz Premyer Liqada 20-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.

"Keşlə" öz meydanında "Qəbələ"ni qəbul edib. Roman Qriqorçukun komandası 2-ci pillədəki mövqeyini daha da möhkəmləndirmək üçün səfərdən qələbə ilə qayıtmalı idi. Paytaxt təmsilçisi isə qalib gələcəyi təqdirdə bir pillə irəliləyərək 6-cı yerə yüksələcəkdi. Lakin görüşdə qalib müəyyələşməyib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Bu görüş ukraynalı baş məşqçilər - Yuri Maksimov ("Keşlə") və Roman Qriqorçukun ("Qəbələ") Premyer Liqamızda ilk qarşılaşması idi.

Qeyd edək ki, turun daha üç oyunu sabah keçiriləcək.




13 mart 

15:30.“Keşlə” – “Qəbələ” - 1:1
Qol: 
Baqali Dabo, 32 (0:1), Vojislav Stankoviç, 59-avtoqol (1:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov 
“İnter Arena”

14 mart

17:00.“Zirə” – “Səbail”
Hakimlər:
 Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov 
Zirə İdman Kompleksinin stadionu

18:00.“Neftçi” – “Qarabağ”
Hakimlər:
 İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov 
“Bakcell Arena”

20:00.“Sumqayıt” – “Kəpəz”
Hakimlər:
 Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev 
“Kapital Bank Arena”


 

N Klublar O Q H M T-F X
1 Qarabağ 19 15 3 1 30-7 48
2 Qəbələ 20 12 3 5 34-20 39
3 Zirə 19 9 5 5 27-19 32
4 Sumqayıt 19 9 4 6 24-20 31
5 Neftçi 19 8 2 9 24-22 26
6 Səbail 19 5 2 12 13:27 17
7 Keşlə 20 4 4 12 17:32 16
8 Kəpəz 19 3 1 15 12:34 10




Bombardirlər:

 

Baqali Dabo ("Qəbələ) - 12 qol 
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol