• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Paytaxtda yanğın böyük tıxac yaratdı

  • 3137 dəfə
  • Tarix 13 Mart 2018 / 20:46
  • Lent.az

Bakıda avtomobilin yanması böyük tıxac yaradıb. Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib. Bu səbəbdən də metronun "Koroğlu" stansiyasından hava limanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.