• EUR  
  • USD  
  • RUB

DÜNYA

Tehranda çərşənbə bayramında 3 nəfər öldü, 38 yaralı

  • 1492 dəfə
  • Tarix 13 Mart 2018 / 22:58
  • Lent.az

İranın Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı baş vermiş insidentlərdə 3 nəfər ölüb, 38 nəfər xəsarət alıb. APA-nın Tehran bürosunun məlumatına görə, Bu barədə İran Təcili Tibbi Yardım İdarəsinin sözçüsü bildirib. Onun sözlərinə görə, yaralılar arasında biri qadın, digərləri isə kişidir. Yaralıların yarısı yanıq xəsarəti alıb. İki nəfərin pirotexniki vasitənin partlaması nəticəsində əlini itirdiyi bildirilir.