• EUR  
  • USD  
  • RUB

DÜNYA

Lavrov Çavuşoğlu ilə “S-400”-ləri müzakirə edəcək

  • 957 dəfə
  • Tarix 14 Mart 2018 / 02:59
  • Lent.az

 

 

Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu bu gün Moskvada “S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə dair sazişin reallaşdırılmasını müzakirə edəcəklər.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M.Çavuşoğlu Birgə Strateji Planlaşdırma Qrupunun 6-cı iclasında iştirak etmək üçün Moskvaya səfər edəcək.    

 

Danışıqlar zamanı hərbi-texniki əməkdaşlıq sahəsində hazırkı və perspektiv layihələr müzakirə ediləcək.  

 

İclasda həmçinin ticarət-iqtisadi əlaqələrdəki müsbət tendensiyaların saxlanılması və möhkəmləndirilməsi yolları müzakirə  olunacaq.

 

Xüsusi diqqətin enerji sahəsində əməkdaşlıq məsələlərinə yönəldiləcək.  

 

Nazirlər ikitərəfli ticarətdə qalan maneələrin aradan qaldırılması istiqamətində birgə addımları müzakirə edib.