• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Həmyerlimiz beynəlxalq festivalın finalında - FOTO

  • 2982 dəfə
  • Tarix 17 Mart 2018 / 13:02
  • Lent.az

 

 
Ukraynanın paytaxtı Kiyev şəhərində “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalı işinə start verib. Festival dörd – ən yaxşı qısametrajlı komediya filmi, komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyaları üzrə keçirilir.
 
 
 
Lent.az-ın məlumatına görə, festivalda Ukrayna ilə yanaşı,  Polşa, Rusiya, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən qatılan iştirakçıların işləri nümayiş etdirilir. 
 
 
Festivalın təşkilat komitəsində yer alan həmyerlimiz, rejissor və ssenarist Tərlan Göycəli bildirib ki, Azərbaycanı bu festivalda fəxri qonaq qismində təmsil edəcək Arzu Mürvətova “Məzəli foto” nominasiyası üzrə finala vəsiqə qazanıb. Festivalda qalib gələn qısametrajlı filmlər Ukraynanın müxtəlif şəhərlərinin kinoteatrlarında, bir sıra mərkəzi və regional TV kanallarda nümayiş etdiriləcək. Pyeslər və hekayələr eynilə, teatrlarda  səhnələşdiriləcək, foto nominasiyasının qaliblərinin isə fərdi foto sərgiləri açılacaq.