• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

HADİSƏ

Bakıda bomba partlayacağını deyən şəxs məhkəmə qarşısında

  • 1998 dəfə
  • Tarix 19 Mart 2018 / 11:57
  • Səlcuq Elçin

Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən 25 yaşlı Elmar Qasımovun məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

 

Proses martın 27-də davam etdiriləcək.

 

 

 

Qeyd edək ki, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.

 

Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.