• EUR 1.9874  
  • USD 1.7  
  • RUB 0.0272

SOSİAL

"Sürüşmə sahəsindəki sakinlər evlərinə qayıtmaq istəyirlər" - Eldar Əzizov

  • 866 dəfə
  • Tarix 19 Mart 2018 / 14:08
  • APA

"Bayıl sürüşmə sahəsində yaşayan sakinlərlə dialoq davam etdirilir. Sürüşmə sahəsində yaşayan sakinlərin böyük hissəsi öz evlərinə qayıdıb yaşamaq istəyirlər". 


APA-nın xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib.


İcra başçısı bildirib ki, sürüşmə zəifləsə də, proses hələ dayanmayıb: "Yekun qərar qəbul etmək üçün mütəxəssislərin rəyi olmalıdır. Kompensasiyanın verilməsinə də baxılır. Bəli, evləri dağılan sakinlərə kompensasiya verilməsi uzanır. Çünki sakinlər hər gün yeni bir təkliflə bizə müraciət edirlər. Hesab edirəm ki, çox qısa vaxt ərzində problem həllini tapmalıdır".


Qeyd edək ki, bir müddət əvvəl Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 6 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb. Sürüşmə zamanı tam dağılmış fərdi yaşayış evlərinin sahiblərinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub.