26.04.2018
17:36 Samur-Abşeron kanalından 16 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB25.04.2018
23:28 Bir türk əsgəri şəhid oldu, dördü yaralandıMüdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Baş Klinik Hospitalda olub.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan mərhum prezident Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.
Hospitalın kollektivi ilə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.