• EUR 2.07  
  • USD 1.7  
  • RUB 0.0273

HADİSƏ

Salyanda “VAZ”la “KamAZ” toqquşdu - 2 yaralı

  • 1248 dəfə
  • Tarix 19 Mart 2018 / 21:17
  • Lent.az

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayonun Qaraçala kəndində VAZ 2106 markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində minik avtomobilində olan Salyan rayonu Qarabağlı kənd sakinləri, 1993-cü il təvəllüdlü Məhərrəmov Yusif Sübhan oğlu və 1989-cu il təvəllüdlü Qaraxanov İlkin Ziyəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

 

 

Faktla bağlı araşdırma aparılır.