• EUR 2.07  
  • USD 1.7  
  • RUB 0.0273

SOSİAL

Milli Parkda atəşfəşanlıq oldu

  • 1721 dəfə
  • Tarix 19 Mart 2018 / 21:54
  • Lent.az

Novruzun bayramı və baharın gəlişi münasibətilə Azərbaycan paytaxtında keçirilən ümumxalq şənliyi martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dənizkənarı Milli Parkda təşkil etdikləri konsert proqramı ilə davam edib.

 

Lent.az-ın “azərtac”a istinadən xəbərinə görə, parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında şən və oynaq mahnıları dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa ediblər. Baharı və Vətənimizin gözəlliklərini tərənnüm edən musiqi proqramı tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.

 

Bayram şənliyi Bakının bahar səmasını al-əlvan rənglərə boyanan möhtəşəm atəşfəşanlıqla başa çatıb.