• EUR  
  • USD  
  • RUB

HADİSƏ

25 yaşlı oğlan bıçaqlandı - Balakəndə

  • 1423 dəfə
  • Tarix 19 Mart 2018 / 22:55
  • Lent.az

Balakəndə 25 yaşlı oğlan bıçaqlanıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 19 radələrində Balakən şəhər, N. Nərimanov küçəsi ev 45 ünvanında yaşayan 1993-cü il təvəllüdlü İsrafil Fərhad oğlu Əliyev bıçaq yarası xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 25 yaşlı İsrafil Əliyevə döş qəfəsinin sağ tərəfinin arxa hissəsinin kəsilmiş-deşilən və daxilə nüfuz edən bıçaq yarası dioqnozu qoyulub. İsrafil Əliyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda İsrafil Əliyevin bıçaqlanması faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. Məlumatda bildirilir ki, İsrafil Əliyev Balakən MRX-da diş həkimi işləyən Fərhad Əliyevin oğludur.