• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

DÜNYA

Rusiyada ev yandı, 4 nəfər yanaraq öldü

  • 1114 dəfə
  • Tarix 20 Mart 2018 / 05:06
  • Lent.az

Rusiyanın Primorsk diyarında fərdi evdə güclü yanğın baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Vladivostok şəhərində qeydə alınıb.

 

Məlumata əsasən, yanğın 70 kvadrat metr sahəni əhatə edib. Yanğın söndürüldükdən sonra hadisə yerində 4 nəfərin yanmış meyiti aşkarlanıb. Daha 7 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.