• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

HADİSƏ

Göygöldə "BMW" maneəyə çırpıldı - 2 ölü - YENİLƏNİB

  • 1846 dəfə
  • Tarix 20 Mart 2018 / 07:45
  • Lent.az

Göygöl rayonu ərazisində ”BMW” markalı minik avtomobilinin yol kənarında olan maneəyə çırpılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə zamanı ölən 1988-ci il təvəllüdlü İvan Codrean adlı şəxsin (Moldova vətəndaşı) cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan digər vətəndaş (şəxsiyyəti dəqiqləşdirilir) xilasedicilər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

 

 

 

***

 

Göygöl rayonunda, Bakı-Qazax magistral yolunun 341-ci kilometrliyində ağır yol qəzası qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “BMW”  markalı Bolqarıstan dövlət qeydiyyat nişanlı minik avtomobilinin maneəyə çırpılması nəticəsində 2 nəfər ölüb.

 

İlkin məlumata əsasən, bir nəfər hadisə yerində keçinib, digəri  Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölənlərdən birinin Bolqarıstan, digərinin Azərbaycan vətəndaşı olduğu ehtimal edilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.