• EUR 2.07  
  • USD 1.7  
  • RUB 0.0273

DÜNYA

Ərindən boşandı, 3 uşağını və özünü öldürdü

  • 4216 dəfə
  • Tarix 20 Mart 2018 / 11:29
  • APA

Ötən gecə Rusiyanın Ulyanovsk şəhərində mənzildə qadın və üç azyaşlı uşağın meyiti tapılıb.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanları ananın uşaqları öldürdüyü, daha sonra isə intihar etdiyi versiyası üzərində dayanır.

 

Ərindən boşanmış qadın 3 uşağı ilə birlikdə yaşayıb. Uşaqların ikisi məktəb şagirdi, biri isə körpə olub.