• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Ermənilər işğal olunmuş ərazilərimizdə növbəti təlimlər keçirir

  • 1376 dəfə
  • Tarix 20 Mart 2018 / 20:58
  • Lent.az

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimləri davam etdirir. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hərbi təlimlər qoşunların təmas xəttinə yaxın, Ağdam rayonunun işğal altında olan Kəngərli kəndi və Uzundərə adlanan ərazisində müşahidə olunur. Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda cəbhəyanı ərazilərdə partlayış səsləri və iriçaplı silahlardan açılan atəş səsi eşidilməkdədir.