• EUR 1.9874  
  • USD 1.7  
  • RUB 0.0272

HADİSƏ

Biləsuvardakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşdi - YENİLƏNİB

  • 4519 dəfə
  • Tarix 21 Mart 2018 / 12:09
  • Lent.az

Biləsuvarda ötən gecə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

 

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəzada ağır xəsarət alan Biləsuvar rayonunun Bəydili kənd sakini, 1972-ci il təvəllüdlü, Zahid Balaqardaş oğlu Dadaşov xəstəxanada dünyasını dəyişib.

 

Qəzada 1998-ci il təvəllüdlü Tağı Musa oğlu Ağazadə və onun həmyaşıdı olan Bakı şəhər sakini,  Nurlan Elxan oğlu Novruzov yaralanıb.

 

****

 

23:29

 

Biləsuvarda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. APA-nın cənub bürosunun məlumatına görə, iki minik maşınının toqquşması nəticəsində yaralanan şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Ölən şəxsin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

 

Hələlik ölən və yaralanan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

**** 21.55

 

Biləsuvarda yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Xəsarət alan şəxslərin kimliyi araşdırılır.