• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Güclü külək rayonlara ziyan vurub

  • 2345 dəfə
  • Tarix 21 Mart 2018 / 17:58
  • Lent.az

Bu gün güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.

 

APA-nın yerli bürosunun məlumatına görə, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub.

 

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.   

 

 

***

 

 

saat 16.29

 

 

Bu gün güclü külək Ağdam və Bərdə rayonlarında ciddi fəsadlara səbəb olub.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, elektrik naqillərinin qırılması səbəbindən Ağdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

Külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndinə bəzi evlərin dam örtüyünü uçurub. Külək Quzanlı qəsəbəsində Vəkil Cəfərov və Əhliman Vəliyev yaşadığı evin dam örtüyünü uçuraraq elektrik naqillərinin üzərinə atıb.