• EUR 2.07  
  • USD 1.7  
  • RUB 0.0273

SOSİAL

Bakı-Mahaçqala aviareysi açılacaq

  • 1190 dəfə
  • Tarix 21 Mart 2018 / 21:21
  • Lent.az

Dağıstanda keçiriləcək güləşin üç növü üzrə Avropa Çempionatı ilə bağlı Bakı - Uytaş (Mahaçqala) aviareysinin açılması planlaşdırılır. Lent.az-ın xəbərinə görə, “Trend” agentliyi bu barədə Dağıstanın nəqliyyat, energetika və rabitə nazirliyinə isitnadən məlumat verir.

 

Nəqliyyat idarəsinin rəis müavini Kasum Məhəmmədov bildirib: "Dağıstan tarixində ilk dəfə olaraq bu idman növü üzrə Avropa Çempionatına ev sahibliyi edəcək. Avropa Çempionatı ilə bağlı respublikaya çox sayda turist və idman növünün azarkeşlərinin gəlişi gözlənilir. Bununla əlaqədar, nazirlik Mahaçqaladan uçuşlar edən Rusiya aviaşirkətləri ilə birlikdə Avropa Çempionatının keçirildiyi müddətdə İstanbuldan və Bakıdan Uytaş hava limanına (Mahaçqala) əlavə reyslərin təşkili imkanlarını müzakirə edir".

 

Bundan əlavə, onun sözlərinə görə, Rusiya XİN-nin Mahaçqaladakı nümayəndəliyinə Rusiya Federasiyasının Azərbaycandakı və Türkiyədəki səfirliklərinə bu aviareyslərin təşkili və bu ölkələrin aviadaşıyıcıların cəlb edilməsi ilə bağlı müraciət edilməsi barədə sorğu göndərilib.