• EUR 1.9874  
  • USD 1.7  
  • RUB 0.0272

İQTİSADİYYAT

FED uçot dərəcəsini artırdı

  • 2940 dəfə
  • Tarix 21 Mart 2018 / 22:20
  • Lent.az

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

 

"APA-Economics" xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,5- 1,75%-dək  artırıb.

 

Qeyd edək ki, bundan əvvəl FED  dekabrın 13-də uçot dərəcəsini artırıb. O zaman FED uçot dərəcəsini 0,25%  - 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

 

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.