• EUR  
  • USD  
  • RUB

DÜNYA

İkimərtəbəli avtobus yük maşını ilə toqquşdu: 19 ölü, 35 yaralı

  • 1843 dəfə
  • Tarix 22 Mart 2018 / 07:19
  • Lent.az

Tailandın şimal-şərq bölgəsində ağır yol qəzası baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ikimərtəbəli sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 19 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

 

Məlumata əsasən, zərbənin gücündən avtobus yoldan çıxaraq aşıb, yük maşını isə ağaca çırpılıb. 15 nəfərin hadisə yerində,  daha 4-ün xəstəxanada keçindiyi bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Qəzanın səbəbləri hələ ki, məlum deyil.